4-12 Sentyabr 2015, Azərbaycan, Bakı

Buenos Ayresdə dekabr, 2014-cü il tarixli ümumi yığıncaqda Azərbaycan yuxarıda qeyd olunmuş tədbirə ev sahibliyi etmək şansını qazanıb! “World Polo”, “Araf”, “Elite Horse & Polo Club”-un birgə təşkilatçılığı ilə sentyabr ayında Azərbaycan Respublikasının Bakı şəhərində ilk dəfə Beynəlxalq Polo Federasiyasının birinci Avropa çempionatı keçiriləcək.

Qədim Çovqanın vətəni olan Azərbaycan 2 ildir ki, həmçinin, möhtəşəm Arena Polo yarışının keçiriləcəyi məkandır. General Elçin Quliyev və Manuçehr Əhədpur Kanqan tədbirin ilk təşəbbüskarlarıdır. Azərbaycan 2013-cü ildən etibarən Beynəlxalq Polo Federsiyasının üzvüdür və 2015-ci ildə ilk Avropa çempionatına ev sahibliyi etməklə yenidən tarix yazmağa hazırdır. 1987-ci ildə Berlində keçirilmiş ilk Avropa Çempionatı, 2 FİP Dünya Çempionatı və 2 FİP Avropa Otüstü Çempionatı daxil olmaqla World Polo otüstü, qum və qar üzərində100-dən artıq Polo Yarışını təşkil edib.

Azərbaycanın Polo Komandası böyük inkişafa nail olub! 2015-ci ildə ev sahibi olacaq bu komandadan mükəmməl oyun və güclü rəqabət gözlənilir.

  Polo Azerbaijan

This post is also available in: English Русский